8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Yubiley oyununda 10 qol

Azərbaycan futbolunun istedadlı nümayəndələrindən biri, zəngin futbolçu karyerasına malik, Ukrayna, Rusiya, İspaniya və Portuqaliyada uğurlu legioner karyerasına malik olmuş, 1992-ci il Rusiya çempionatının bombardiri, 2019-cu ildə Bakıda keçiriləcək UEFA Avropa Liqası turnirinin final qarşılaşmasının səfiri kimi fəaliyyət göstərən Vəli Qasımovun 50 illik yubileyinə həsr olunmuş yoldaşlıq oyunu keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, “Bayıl Arena”da baş tutan qarşılaşmada Azərbaycan futbol veteranları ilə vaxtilə Vəli Qasımovla müxtəlif ölkələrdə və klublarda birlikdə çıxış etmiş əcnəbi veteran futbolçular üz-üzə gəlib.

Yerli komandaya Kazbek Tuayev, qonaqlara isə Valeri Qazzayev rəhbərlik edib. Oyun 5:5 hesabı ilə yekunlaşıb.

Azərbaycan komandasının heyətində Samir Ələkbərov dubl edibsə, digər qollara Vəli Qasımov, Yunis Hüseynov və Tərlan Əhmədov imza atıblar. İkinci hissəni əcnəbi veteranların heyətində keçirən Qasımov bu dəfə daha iki dəfə fərqlənib. Həmçinin, Valeri Şmarov da dubl edib. Əcnəbilərin heyətində digər qolun müəllifi isə İqor Kolıvanov olub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30