9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Topaz Premyer Liqasında mövsümün qol rekordu

Topaz Premyer Liqasında mövsümün rekordu qeydə alınıb.
 
Futbolxeber.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, 11-ci turun 4 oyununda qapılara 17 top vurulub. Orta məhsuldarlıq 4,25-ə bərabər olub. “Səbail” “Sabah”ı 4:0, “Keşlə” “Sumqayıt”ı 4:1, “Qarabağ” “Qəbələ”ni 3:1 hesabı ilə yenibsə, “Neftçi” və “Zirə” arasında görüşdə qalib müəyyənləşməyib – 2:2.
 
Bu mövsüm üçün rekord göstərici olan bu rəqəm Azərbaycan çempionatlarının son ilyarımı üçün ən yüksək məhsuldarlığıdır.
 
Sonuncu dəfə 2016/17 mövsümünün 27-ci turu isə qollarla daha zəngin olub. 2017-ci il aprelin 23-24-də baş tutan 3 görüşdə 13 top vurulub və orta göstərici 4,33-ə bərabər olub. Həmin vaxt “Kəpəz” AZAL-ı, “Qarabağ” “Sumqayıt”ı eyni – 2:1, “Qəbələ” isə “İnter”i 4:3 hesabı ilə udmuşdu. Turun bir matçının nəticəsi isə ləğv edilmişdi. Söhbət “Zirə” – “Neftçi” qarşılaşmasından (2:2) gedir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30