9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Mirabdulla Abbasov: "Mənim üçün sürpriz oldu"

“Milliyə çağırılmağım sevindirici haldır. Hər bir futbolçunun arzuladığı bir şeydir. Oynayacağım halda əlimdən gələni edəcəyəm ki, milli komandaya xeyir verim”.
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri qol.az-a açıqlamasında “Neftçi”nin hücumçusu Mirabdulla Abbasov deyib. İlk dəfə milli komandaya çağırılan gənc forvard bununla bağlı təəssüratlarını açıqlayıb: “İlk dəfə çağırıldığımdan mənim üçün sürpriz oldu. Amma açığı, Qurban Qurbanovdan dəvət gözləyirdim”.
 
Mirabdullanın fikrincə, “Qarabağ”la oyunda (3:1) vurduğu qollar yox, bu mövsümkü çıxışı milliyə dəvət almasında əsas rol oynayıb: “Düşünürəm ki, əsas qol yox, oyundur. Baş məşqçi də çıxışıma qiymət verib, mənə dəvət göndərib. Milliyə davamlı olaraq çağırılıb-çağırılmayacağımı zaman göstərəcək. Mən tərəfdən deyə bilərəm ki, bundan sonra da yığmaya çağırılmaq üçün əlimdən gələni edəcəyəm”.
 
Abbasov UEFA Millətlər Liqasının Farer adaları və Kosovo ilə oyunları haqda da qısaca olaraq fikirlərini bildirib: “Əvvəlcədən fərqlənib-fərqlənməyəcəyimi deyə bilmərəm. İnanıram ki, komanda qələbə qazanar. Bir oyunçunun qol vurmağı vacib deyil”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30