8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Roberto Bordin: "Bu nə sualdı?!"

"Neftçi"nin baş məşqçisi Roberto bordin Topaz Premyer Liqasının XI turunda evdə "Zirə" ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb. Futbolxeber.az saytının məlumatına görə, italiyalı mütəxəssis əvvəlcə oyunla bağlı danışıb:
 
"Son anlara qədər sərt oyun oldu. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Souncu yerə layiq olmayan rəqiblə oynadıq. Üzücü hal odu ki, hesabda öndə olduğumuz halda bunu qoruya bilmədik".
 
- Əvvəldən bildirilirdi ki, “Neftçi”nin müdafiəsində boşluqlar var. Petrov meydanı tərk etdikdən sonra bunlar daha qabarıq nəzərə çarpdı. Anton Krivotsyuk-Slavko Braliç cütlüyünün “Neftçi” səviyyəsində olmadığı aydındı. Müdafiənin çıxışı haqda nə deyə bilərsiz?
 
- Son oyunda Anton-Braliç cütlüyü yaxşı çıxış etmişdi. Kiril də öz təcrübəsi ilə fayde verir. müdafiəmizdə problem yoxdu.
 
- Anton Krivotsyukun oynanamasının xüsusi səbəbi var idi?
 
- Bu nə sualdı?! Sualın məntiqini başa düşmədim. Heyət son məşq üzərində müəyyənləşdirilir. Sualın mahiyyətini anlamadım. Futboldu. Bu dəfə Antonu yox, Braliçi seçdik. Sadəcə, taktiki seçim idi.
 
- Rəqib komandada xüsusi fərqləndirə biləcəyiniz futbolçular varmı?
 
- Fərdi olaraq kimsə barədə fikir bildirə bilmərəm. Komanda olaraq normal futbol göstərdilər. Hesab 2:2 olarkən rəqib əks-hücumda yenə fərqlənə bilərdi.
 
- Baxışda olan Mamadu Kane ilə müqavilə imzalayacaqsız?
 
- Hələ bu haqda danışmaq üçün tezdi. Məşqlərə baxıb qərar verəcəyik. Yaxşı futbolçudu.
 
- Matç zamanı halı pisləşən köməkçiniz Füzuli Məmmədovun vəziyyəti necədi?
 
- Durumu yaxşıdı. Bu gün həm ona, həm də “Zirə”nin qapıçısına görə bir az qorxduq. Gərgin gün alındı. Şükürlər olsun ki, hər şey yaxşıdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30