8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

"Qarabağ"a dəstək olmaq hər bir Azərbaycan vətəndaşının borcudu"

"Qarabağ"ın məşqinə böyük ruhla gəlmişik. Komandamızın azarkeşlərini stadionda gözləyirik". Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycanın Ukraynadakı fəxri konsulu Elşən Vəliyev deyib. 
 
Ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev və fəxri konsulu Elşən Vəliyev Avropa Liqasının qrup mərhləsində səfərdə "Vorskla" ilə qarşılaşacaq "Qarabağ"ı ziyarət ediblər. 
 
Elşən Vəliyev jurnalistlərə verdiyi açıqlamada azərbaycanlı azarkeşlərin rahatlıqlarını təmin etmək üçün əllərindən gələni etdiklərini və onları oyuna dəvət etdiklərini bildirib: "Səfirlik tərəfindən Ukraynada yaşayan azərbaycanlıları oyuna aktiv şəkildə maraq göstərməyə,stadiona gəlməyə çağırmışıq. Ümid edirik ki, azarkeşlərimiz stadiona gələcəklər. Çünki Qarabağ bizim ən həssas yerimizdir. Ona görə də, "Qarabağ"a dəstək olmaq hər bir Azərbaycan vətəndaşının, soydaşımızın mənəvi borcudur". 
 
Konsul 250-300 nəfər azarkeşin "Qarabağ"a dəstək verəcəyini açıqlayıb:  "250-300 nəfərin oyuna gələcəyinə ümid edirik. Müxtəlif regionlara avtobuslar ayırmışıq ki, azarkeşlərimiz oyuna gələ bilsinlər".
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30