Ölkə futbolu
Qurban Qurbanov: "Belə rəqibləri heç vaxt özümüzdən üstün saymıram"
“Sabah çətin vacib oyun olacaq. Çox istərdik ki, 4-cü oyunumuzda yaxşı nəticə əldə edək. Buna yaxşı oyunla nail olmaq istərdik”.
Futbolxeber.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Azərbaycan çempionu Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində sabah “Vorskla”nın qonağı olacaq.
Qarşılaşma öncəsi təşkil edilən mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib:
"Çətin olacaq. Çünki “Vorskla” öz meydanında çox güclü oynayır. Futbolçuları maksimum dərəcədə matça hazırlamışıq. İnanıram ki, uşaqlar sabah bütün gücləri ilə mübarizə aparacaq. Oyunun gedişində hamımız diqqətli olmalıyıq. Matçın gedişində bir çox dəyişikliklər ola bilər. Buna hazırlıqlı olmalıyıq".
- Zədəli futbolçular bərpa olunub. Onların son durumu necədi?
- Təkcə Ansi Aqolli heyətdə olmayacaq. Maksim, Donaldın durumu normaldı. Bəlkə tam hazır deyillər. Amma oynamaq ehtimalları var. Bu amil bizi narahat etmir.
- Bakıdakı matçdan sonra sabahkı görüşə revanş kimi yanaşmaq olarmı? Yoxsa bu hiss futbolçulara mənfi təsir edə bilər?
- Revanş deməzdim. 4-cü oyunumuzdu və xalımız yoxdu. Digər komandalar da rəqib olsaydı, yaxşı nəticə üçün çalışacaqdıq. Buna qədər göstərdiyimiz oyun yaxşı nəticə gətirməyib. Bəlkə daha yaxşı oyunla bunu əldə edə bilərik. “Vorskla” üçün də vacib oyundu. Qalib gəlsələr, 6 xalları olacaq və qrupdan çıxmaq şansları yaranacaq. Hər iki komanda üçün maraqlı mübarizə olacaq. Düşünürəm ki, sabah yaxşı oyun izləyəcəksiniz.
- Püşkatmadan sonra “Vorskla” “Qarabağ” üçün ən münasib rəqib sayılırdı. Amma Bakıdakı oyunda buna bir qədər kölgə salındı. “Vorskla” yenə “Qarabağ” üçün münasib rəqibdi?
- Münasib dedikdə, onlara qarşı daha yaxşı çıxış etmək olar. Belə rəqibləri heç vaxt özümüzdən üstün saymıram. Nə də aşağı. Ukrayna çempionatıı hər halda daha güclü çempionatdı, ilboyu gərgin mübarizə olur. Bu, onların üstünlüyüdü. Amma bizim böyük təcrübəmiz var. Daha güclü çempionatların komandaları ilə oynamışıq və uğurlu nəticə qazanmışıq. “Vorskla” Bakıda zəif görünə bilərdi. Oyunu təhlil etdik. Onlardan heç nədə geri qalmırdıq. Biz bura yaxşı oyun və uğurlu nəticə üçün gəlmişik. Sabah “Vorskla” deyil, digərləri ilə qarşılaşsaydıq, yenə eyni cür yanaşacaqdıq. “Vorskla”nın öz oyun üslubu var, onlara böyük hörmətim var. Güclü futbolçuları və özünəməxsus taktikaları var. Amma yaxşı çıxış etmək istəyirik. Alınmasa, bu başqa məsələ.
- “Arsenal”la Bakıdakı görüşdə ən azı 3-4 qol vəziyyəti yaratsaq da, “Vorskla” ilə oyunda bunları görmədik. Bu, motivasiya ilə əlaqədar idi, yoxsa rəqib imkan vermədi?
- Həqiqətən də, “Arsenal”la oyunda komanda fərqli görünürdü. Amma deməzdim ki, “Vorskla” ilə matçda motivasiyamız az idi. Sadəcə, rəqib çox yaxşı müdafiə olunurdu. Bəlkə bəzi epizodlarda ustalıq səviyyəsi aşağı oldu. Tam fərqli sistemdə oynayan komandalardı. “Arsenal” daha açıq futbol oynadığı üçün sürətli hücumlar qurmaq şansımız olurdu. “Vorskla” isə düzgün qapanaraq, buna şərait yaratmadı. Son vaxtlar üzərimizdə psixoloji təzyiq var. Çünki Azərbaycanı təkcə biz avrokubokda iştirak edirik. Bu da bütün diqqətləri bizə yönəldir. İstər-istəməz yorğunluq olur. Futbolçu həddən artıq istəkli olanda, düşündüyünü meydanda etməkdə çətinlik çəkir. “Vorskla” ilə matçda ola bilər ki, düşünürdük qalib gələ bilərik. Meydanda son nöqtəni qoymağa, bəlkə də, bu mane oldu. Düşündüyümüz alınsa, ola bilər ki, saba tam əksi olsun .
- Heyətdə hansısa dəyişiklik gözlənilirmi?
- Dəyişiklik olacaq. Yaxşı nəticə əldə etmək üçün hər bir futbolçu özünü yaxşı tərəfdən göstərməlidi. Bəzi dəyişiklik ola bilər.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- Mövsümün bəxtsizi - “Səbail”
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib
-
10:24
"Roma"nın məğlubiyyəti VİDEO
-
10:13
Azərbaycan cüdoçuları Avropa Kubokunu beş medalla başa vurublar
-
09:57
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:49
Elvin Cəfərquliyev: “Çempionluq asan əldə olunmur”
-
09:30
Əyyub Allaş "Qəbələ" ilə vidalaşdı
-
23:45
2023/2024 mövsümünün mükafatlandırma mərasimi VİDEO
-
22:34
"Araz-Naxçıvan" - "Qarabağ" matçında 4 qol VİDEO
-
22:16
“Hamı bu anı səbirsizliklə gözləyir”
-
21:57
Elmar Baxşıyev: “Mən təzyiqləri "Qəbələ"də də hiss etmişəm”
-
21:24
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vuruldu
-
21:08
Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu
-
20:12
Ayxan Abbasov: “Bakıda 5-6 meydança var, onları da sökürlər”