9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Slavçev: "İnanıram ki, Poltavada üç xalı qazana bilərik"

“Qol vurduğum üçün sevincliyəm. Fərqlənmək üçün üçün məşqlərdə çox çalışıram. Bu qələbə ilə azarkeşlərimizə göstərmək istəyirik ki, qələbə istəyimiz tükənməyib”.
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Simeon Slavçev Topaz Premyer Liqasının X turunda “Sumqayıt”a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
 
Bolqarıstanlı yarımmüdafiəçi bütün diqqətini özünü yaxşı tərəfdən göstərməyə yönəltdiyini və başqa kluba keçmək haqda düşünmədiyini deyib: “Hazırda bütün diqqətim öz komandamdadı. Əsas fikrim burada özümü həm məşqçi heyətinə, həm də azarkeşlərə yaxşı tərəfdən göstərməkdi. Sübut etmək istəyirəm ki,  “Qarabağ”da oynamağa layiqəm. Başqa bir kluba keçmək haqda düşünmürəm, komandama köklənmişəm”.
 
25 yaşlı oyunçu son olaraq, Avropa Liqasının qrup mərhələsinin  IV turunda səfərdə qarşılaşacaqları “Vorskla” ilə bağlı danışıb: “Aydın məsələdi ki, ağır oyun keçəcək. İstəklə mübarizə aparsaq, inanıram ki, səfərdə 3 xalı qazana bilərik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30