9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

"Vorskla"nın kapitanı: "Qarabağ"ın heyətində güclü futbolçular var"

“Vorskla”nın kapitanı Vladimir Çesnakov Futbolxeber.az saytına açıqlama verib.

Ukraynalı futbolçu Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri görüşü haqda danışıb. Çesnakov “Qarabağ”a qarşı Poltavada da keçiriləcək oyunda qələbə üçün oynayacaqlarını söyləyib: “Bakıdakı qələbə komandaya böyük motivasiya verdi. Avropa Liqasında ilk qələbəmizi qazandıq.

Təbii ki, bununla yetinmək fikrində deyilik. “Qarabağ”ın çox yaxşı komanda olduğunu deyə bilərəm. Bakıdakı görüşdə də çox yaxşı oynadılar. Evdəki oyunun da çox ağır alınacağını bilirik”.

Çesnakov “Qarabağ”ın heyətində ən çox çəkindikləri oyunçunun adını çəkib. O, “Qarabağ”ı Poltavada məğlub etmək istədiklərini söyləyib: “Qarabağ”ın heyətində çox güclü futbolçular var. Əsasən də hücum xəttində olan oyunçular güclüdü. Abdulla Zubirin oyununu xüsusi qeyd edərdim. Buna baxmayaraq biz qələbə üçün oynayacağıq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30