8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Qəbələ” məğlubiyyətdən qaçdı

 

Topaz Premyer Liqasında 9-cu tura start verilib.

Futbolxeber.az saytının məlumatına görə, ilk oyun günündə iki görüş keçirilib.

Turun açılış matçında debütant “Sabah” “Zirə”ni qəbul edib və rəqibini məğlub edib - 2:1. Bu qələbə ilə "Sabah" yenidən 3-cü pilləyə yüksəlib.

Günün digər oyununda isə “Qəbələ” səfərdə “Sumqayıt”la qarşılaşıb.  Matç 2:2 hesabı ilə başa çatıb.

Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

Topaz Premyer Liqası

IX tur

27 oktyabr

“Sumqayıt” – “Qəbələ” 2:2

Qollar: Şəhriyar Əliyev, 7 (1:0); 19 (2:0), Stiven Monroz, 42 (2:1), Atakora Lalavele, 56 (2:2)

Qırmızı vərəqələr: Bəhlul Mustafazadə, 90+2 ("Qəbələ"), Rauf  Əliyev, 90+3 ("Qəbələ")

Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Cavanşir Yusifov, Ramil Əhmədov

“Dalğa Arena”

“Sabah” - “Zirə” 2:1

Qollar: Məqsəd İsayev, 45+1 (1:0), Tellur Mütəllimov,73 (1:1), Cavid İmamverdiyev, 90+2 (2:1)

Hakimlər: Vüqar Həsənli, Akif Əmirəli, Cəmil Quliyev, Rəhim Həsənov

“Əlincə Arena”

28 oktyabr

15:00. “Səbail” - “Keşlə”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov

“Bayıl Arena”

17:00. “Neftçi” - “Qarabağ”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəvan Həmzəzadə 

“Bakcell Arena”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30