9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

"Sehirli çubuğum yoxdur"

“Dilxoruq. Bu cür oyunun nəticəsində uduzduq. Ötən tur çoxlu qol imkanlarından istifadə edə bilməmişdik. Bu gün də eyni şey. Əks-hücumdan qorxurduq, müdafiəçilərin səhvindən çəkinirdik. O da başımıza gəldi. Bəxtdən şikayətlənə bilmərəm. Bu cür müdafiəsi olan komandanın bəxtdən şikayətlənməsi lazım deyil. Rəqiblər əziyyət çəkməsin, özümüz imkan verəcəyik, qol vursunlar".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Samir Abasov Topaz Premyer Liqanın 9-cu turunda "Sabah"a 1:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, müdafiəçilərin səhvlərindən gileylənib:

"Ötən oyundan sonra ümidli idim. Bu gün də çoxlu imkan yaratdıq, təzyiq etdik. Ağıllı oynadıq. Amma təəssüf ki, müdafiəçilərimiz futbola yaraşmayan hərəkətlər etdi. Son iki oyunu müdafiənin hesabına uduzduq. Hər oyuna eyni heyətlə çıxa bilmirik. Bu gün Skarlatakemiz yox idi, bir gün Dilanımız olmur. Bizdə yeganə xoş hal odur ki, oyundan-oyuna artırırıq. Bəzi hissələrdə diqtə edirik, amma üzücü odur ki, nə qədər işləsən də, səhvlər olur. Müdafiəyə deyəcək sözüm yoxdur".

-  Hesabı bərabərləşdirəndən sonra komanda tam heyətlə irəli atıldı. Yekunda əks-hücumdan qol buraxdınız...

-  Özüm-özümü də paltardəyişmə otağında söyürdüm.  Epizodda sanki hiss etmişdim ki, qol buraxacağıq. Təəccüblü olsa da, oyunumuzu İlkin Muradov aparırdı, onun mövqeyini dəyişən kimi qol vurduq. Bundan sonra həvəs yarandı. Təzyiqimiz düz idi. Topu hara gəldi vurmurduq. Ağıllı oynayırdıq. Amma topu çıxarırsansa, peşəkarsansa, bilməlisən ki, hara vurursan. Çox üzgünəm. Azarkeşlərə deyirəm ki, səbirli olsunlar. Bir günə alınan deyil. Rəhbərliyin də istəyi odur ki, komanda layiq olduğu yerə qayıtsın. Bir az gözləməli, səbirli olmalıyıq. Bir günün içində nəyisə dəyişmək üçün sehirli çubuğum yoxdur. İnanıram ki, komandamız ən yaxşılardan olacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30