9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Emin İmaməliyev: “Rəqibi səhv buraxmağa məcbur etdik”

“Oyunun çətin keçəcəyini bilirdik. İlk qarşılaşma “Şerif”in yaxşı komanda olduğunu göstərmişdi. Evdə keçirdiyimiz ilk görüşdə heç-heçə etdik. Bu qarşılaşmadan sonra oyunu və rəqibi analiz edib, güclü və zəif tərəflərin müəyyənləşdirdik. Ən əsası isə futbolçularımız verilən tapşırıqları, qələbə üçün lazım olan hər şeyi etdilər”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Emin İmaməliyev UEFA Gənclər Liqasının I mərhələsinin cavab oyunları çərçivəsində “Şerif”ə 3:1 hesabı ilə qalib gəldikləri matçı şərh edərkən deyib.

"Deməzdim ki, səfərdə evdəkindən daha yaxşı oynamışıq. Həmin oyunda da, xüsusilə ikinci hissədə qol imkanlarımız çox oldu. Cavab oyununda rəqib daha çox arxada oynadığından onları təzyiq altında saxlayıb, səhv buraxmağa məcbur etdik. İlk qol da bunun nəticəsi idi. Arxaya ötürmədə topu ələ keçirib hesabı açdıq. Digər iki qolumuz da pressinq sayəsində vuruldu" - deyə o bildirib.

E. İmaməliyev “Şerif” yaxşı komanda olduğunu söyləyib: " Həm müdafiə, həm hücumda oynamağı bacarır. Bu gün biz daha güclü oynadığımız üçün qalib gəldik. “Herta” - “Lex” oyununa gəlincə, hər iki komanda yaxşı rəqibdir. Futbolda zəif rəqib yoxdur. Yaxşı hazırlaşıb, onlarla bərabər səviyyədə oynamaq olar".         

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30