9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

"Ufa"nın futbolçusu: "Hamıya Azərbaycanda olmağı məsləhət görürəm"

Rusiyanın "Ufa" klubunun əslən azərbaycanlı futbolçusu Azər Əliyev "Realnoe vremya"ya müsahibə verib.

- Azər, səni futbola kim gətirib? 

- Heç kim. Atam futbolu çox sevir. Özü məşğul olmayıb, amma uşaqlıqdan bu idman növünün vurğunudur. Bu il dünya çempionatının bir neçə oyununu canlı izləməklə uşaqlıq arzusunu gerçəkləşdirdi. Çox şadam ki, onun istəyini həyata keçirə bilmişəm.

- Sənin əsl vətənin haradır? Sonuncu dəfə Azərbaycanda nə vaxt olmusan? Bakı xoşuna gəlir?

- Mən Gürcüstanın Bəzəkli kəndində doğulsam da, Rusiyanın Krasnoyarsk şəhərində böyümüşəm. Azərbaycanda sonuncu dəfə 2015-ci ildə olmuşam. Çox gözəl ölkədir, hamıya orada olmağı məsləhət görürəm. Bakı sürətlə inkişaf edən böyük meqapolisdir.

- Hansı qol sənin üçün ən yaddaqalan olub?

- Ümid edirəm ki, mənim üçün əhəmiyyətli, ən yaddaqalan qollar hələ qabaqdadır. Ancaq indiyədək vurduğum qollardan ən yaxşısını qeyd edə bilərəm. Künc zərbəsindən "Luç"un qapısına gözəl qol vurmuşdum. Top "doqquzluğ"a getmişdi.

- Hansı ölkənin futbolu sənə daha xoş gəlir? Gələcəkdə hansı klubda oynamaq istərdin?

- Başa düşürəm ki, mən hələ artırmalıyam. Lakin gücümü İspaniya və ya İtaliya çempionatlarında sınamaq imkanı yaransa, düşünmədən gedərəm. Klublardan "Real"a rəğbətim var.

- Sənin üçün doğma Azərbaycan mədəniyyətindən xüsusi qiymətli olan nədir?

- Azərbaycan mətbəxi. Xüsusilə də anamın əlləri ilə hazırlanan yeməklər.

- Azərbaycan futbolu haqda nə deyə bilərsən?

- Azərbaycanda futbola, o cümlədən, infrastruktura böyük sərmayələr qoyulur. Klublar Avropa arenalarında layiqincə çıxış etməyə başlayıblar. "Qarabağ" və "Qəbələ"nin kifayət qədər güclü heyətləri var.

- Vətənində nərd oyunu populyardı. Bacarırsan bu oyunu?

- Nərd həvəskarı deyiləm, ancaq oynamağı bacarıram. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30