9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Qarabağ”dan avtomobil qəzası ilə bağlı rəsmi açıqlama

“Qarabağ” Hannes Halldorssonun törətdiyi yol qəzası ilə bağlı rəsmi açıqlama yayıb.

Futbolxeber.az-ın məlumatına görə, klubun rəsmi saytı vasitəsi ilə yayılan açıqlamada deyilir ki, dünən axşam komandanın qapıçısı Hannes Tor Halldorsson evinə yollanarkən, yol-nəqliyyat hadisəsi baş verib:

“Qolkiperimiz idarə etdiyi avtomobillə piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçməyə çalışan 1955-ci il təvəllüdlü Eyvazov Namiq Əbdüləzim oğlunu vurub. Halldorsson yaralıya ilkin tibbi yardım göstərərək xəstəxanaya çatdırıb və bu barədə hüquq-mühafizə orqanlarına məlumat verib. Hüquq-mühafizə orqanları tərəfindən müvafiq prosedurlar tamamlandıqdan sonra qapıçımız evinə yollanıb. Yaralı ciddi xəsarət almayıb. Sadəcə sağ diz qapağında sürüşmə olub, həkimlər anında müdaxilə edib və yaxın günlərdə evinə buraxılacağı gözlənilir.

 "Qarabağ" Futbol Klubu yaşanmış hadisədən təəssüf hissi keçirir və zərərçəkmişin tezliklə sağalmasını diləyir”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30