29 May 2024, Çərşənbə
Renat Dadaşov "Hatayspor"dan ayrıldı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında

Ölkə futbolu

Roberto Bordin: "Sevindiricidi ki, dövrəni lider kimi qapadıq"

Topaz Premyer Liqasının 7-ci turunda evdə “Sabah”ı 2:0 hesabı ilə məğlub edən “Neftçi”nin baş məşqçisi Roberto Bordin mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına görə, italiyalı mütəxəssis əvvəlcə qələbəni şərh edib. 
 
- Komandamı təbrik edirəm. Say azlığında qalsaq da, əzmkarlıq göstərdik. Bu qələbəni anasını itirmiş Karikariyə həsr edirik. Onu da qeyd edim ki, bizi ilk olaraq məhz Karikari təbrik etdi.
 
- Emin Mahmudov əvəzetmə istədi...
 
- Hə, əzələsini dartdı. Ciddi bir şey yoxdur, sadəcə, risk etmək istəmədik.
 
- Braliç uzun müddətdən sonra start heyətində göründü və qırmızı vərəqə aldı. Bunun səbəbi hazırlıqsız olması idi?
 
- Qırmızı vərəqəni biz yox, hakim verir. Futbolçu qırmızı vərəqə alıbsa, bu o demək deyil ki, futbolçu pis oynayıb. Braliç yaxşı oynadı. İkinci sarı vərəqə epizodunda zənnimcə, hakim əlini cibinə atmaya da bilərdi.
 
- İlk dövrə barədə fikirləriniz necədir?
 
- Sevindiricidir ki, ilk dövrəni lider kimi qapadıq. Ancaq bütün mübarizə qabaqdadır. Məşqlərdə maksimum çalışacağıq ki, mövqeyimizi qoruyaq. Düşünürəm ki, çempionatda yaxşı komandalarla mübarizə aparırıq və hər birinin şansları yüksəkdi.
 
- Çempionatda yaranan fasilə komandanıza mübsət, yoxsa mənfi təsir göstərəcək?
 
- Zənnimcə, fasilə bizə mənfi təsir edəcək. Çünki komandamız yaxşı forma yığıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31