8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

"Komandanı silkələmək lazımdı"

Topaz Premyer Liqasının VII turunun “Zirə” - “Qəbələ” oyunundan (1:0) sonra “qırmızı-qaralar”ın məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
 
Futbolxeber.az saytının məlumatına görə, 38 yaşlı mütəxəssis məğlubiyyəti şərh edib:
 
“Uduzduğumuz oyunu analiz edib, bu barədə danışmaq çətindir. Bu üzdən çox danışmağa ehtiyac yoxdur. Sanki qara zolaqdayıq. Komanda yaxşı oynamaq, nəticə qazanmaq istəyir, lakin alınmır. Sanki nə isə çatışmır. Bu duruma klub kimi düşmüşük və klub olaraq bir yerdə çıxacağıq. Bu matçda 1 xal qazansaydıq da, razı qalmazdıq.
 
Əvvəlki matçlarla müqayisədə komandada eniş hiss olunur. Həmin qarşılaşmalarda hücumlar edir, istifadə edə bilməsək də, qol imkanları yaradırdıq. Amma bugünkü görüş göstərdi ki, komandanı sanki silkələmək, ayıltmaq  lazımdır. Matçın protokolunda az oyunçunun adının olması cəzalı və zədəli futbolçularla bağlıdır. Həm də U-19-un oyunu olduğundan gəncləri heyətə qatmamışdıq”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30