8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

"Qarabağ"a qarşı 82-ci dəqiqəyə qədər mübarizə apardıq"

“Qarabağ”a qarşı matçın çətin olacağı öncədən bəlli idi. Xarakter göstərdik, sadəcə 82-ci dəqiqəyə qədər mübarizə apardıq”.
 
Bu sözləri Futbolxeber.az saytına açıqlamasında “Sabah”ın müdafiəçisi Kərim Diniyev deyib.
 
Topaz Premyer Liqasının altıncı turu çərçivəsində “Qarabağ”la qarşılaşan Diniyevin komandası meydanı 0:2 hesabı ilə məğlubiyyətlə tərk edib. Diniyev komandasının məğlubiyyətinə baxmayaraq yaxşı mübarizə apardıqlarını bildirib: “Standart vəziyyətdən sonra qol buraxdıq. Düşünürəm ki, yaxşı mübarizə apara bildik”.
 
Diniyev qarşıdakı turda “Neftçi” ilə görüşdə də yaxşı mübarizə aparmaq istədiklərini bildirib: “Neftçi” və “Qarabağ” hazırda çempionatın liderləridi. Çətin olsa da , onlara qarşı oynaya bildiyimizi göstərdik. Rəqibdən asılı olmayaraq biz yeneə mübarizəmizi aparacağıq və xallar qazanmaq üçün oynayacağıq. “Neftçi”yə qarşı oyunumuz nə dərəcədə alınacaq, bunu zaman göstərəcək. Başa düşürük ki, “Neftçi”də keyfiyyətli və fərdi ustalığı yüksək oyunçular var. Ancaq bizdə də var. Maraqlı və başabaş oyun gedəcək”.
 
Müdafiəçi “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində çərçivəsində “Arsenal”la görüşdə uğur qazanacağına inandığını bildirib: “Qarabağ” güclü komandadı. İnanıram ki, “Arsenal”a qarşı başabaş mübarizə apara biləcəklər. Keyfiyyətli futbolçuları var, həm də öz azarkeşlərimizin önündə oynayacaq. “Qarabağ”a uğurlar arzu edirəm”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30