9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Nazim Süleymanov: “Bunu tələskənliklə əlaqələndirərdim”

"Çox gərgin oyun keçdi. Futbolçularıma təşəkkür edirəm. Yaxşı oynadıq. Futbolun meyvəsi qoldur. Təkcə bu çatmırdı. Qol epizodları yaratdıq, bəzilərindən istifadə edə bilmədik. Qələbə qazanmaq hər zaman xoşdur”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov Topaz Premyer Liqasının VI turunda "Zirə"yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

-  Özünüz də qol epizodlarından yararlana bilmədiyinizi qeyd etdiniz. Hücumçu axtarışını davam etdirirsiniz?

- Bu barədə düşünmürük. Əlimizin altında olan futbolçulardan istifadə etməyə və irəliyə getməyə çalışacağıq.

- Son nöqtənin qoyula bilməməsinə səbəb nədir?

- Minimal hesabla irəlidə olmaq çox pisdir. Çünki rəqib hesabı bərabərləşdirə bilər. Bunu tələskənliklə əlaqələndirərdim. Futbolçularım meydanda özlərini daha rahat hiss etməlidirlər.

- Əfran İsmayılov 82-ci dəqiqədə əvəzlənməsini istədi. Gərgin oyunda təcrübəli futbolçunun əvəzlənməsini istəməsi doğru haldır?

- Burada müəyyən amillər var. Məsələn, süni meydanlar futbolçuya pis təsir edir. Əfranı başa düşmək lazımdır. Bundan başqa, əlində zədə var idi. Ona görə də onu əvəzləmək məcburiyyətində qaldıq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30