29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Sənan Qurbanov: “İki xal itirdik”

Topaz Premyer Liqasının VI turunun “Qəbələ” - “Keşlə” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanovun mətbuat konfransı keçirilib.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 38 yaşlı mütəxəssis bildirib ki, komandası bu gün qələbəyə layiq idi:

“Qələbəyə köklənmişdik. Oyuna ciddi hazırlaşmışdıq. Qapımız önündə yaradılan 1-2 epizodda qol buraxmağın qarşısını ala bilmirik. Biz hücum edirik, amma qapımıza qol vurulur.

İkinci hissədə matçın tempini artırdıq. Yenə qol imkanları yaratdıq, amma yalnız birindən istifadə edə bildik. Futbolçularımız üçün üzülürəm. Çox istəklidirlər, qalib gəlməyə çalışırlar.

Futbolçularımızdan, onların istəyindən, oyunundan, sürətindən razıyam. Amma qol imkanlarını qaçırırıqsa, onlara da psixoloji cəhətdən təsir edir. Çalışırıq ki, onları bu vəziyyətdən çıxaraq. Lakin qol vursaq, fərqli durum yaranacaq. Oyun üslubumuzda inkişaf var. Bunu video analizlər də göstərir. İmkanları yaratmağın üzərində məşqlərdə çalışırıq, lakin artıq bunu qola çevirmək ustalıqdır. Burada psixoloji durum da önəmlidir. Bugünkü oyuna baxsaq, iki xal itirdik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31