9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Avropa nəhəngləri Bakı yolunda - AVRO-2020-nin proseduru

AVRO-2020-nin seçmə mərhələsinin püşkatma mərasiminin proseduru açıqlanıb.
 
Futbolxeber.az saytının UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, dekabrın 2-də İrlandiyanın paytaxtı Dublində keçiriləcək püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
 
UEFA-ya üzv olan 55 milli assosiasiyanın təmsilçiləri reytinq xallarına uyğun 7 səbətə bölünəcək. Seçmə mərhələdə komandalar 10 qrupda mübarizə aparacaq.
 
A, B, C, D, E qruplarında 5, F, G, H, I və J qruplarında isə 6 kollektiv yer alacaq. Matçlar 2019-cu ildə mart – sentyabr aralığında keçiriləcək.
 
Qruplarda ilk 2 yeri tutacaq yığmalar final mərhələsinə vəsiqə qazanacaq. Qalan 4 komanda isə 2020-ci ilin martında Millətlər Liqasında baş tutacaq final görüşlərindən sonra müəyyənləşəcək.
 
UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan / Ermənistan, Cəbəllütariq / İspaniya, Kosovo / Bosniya və Hersoqovina, Kosovo / Serbiya və Ukrayna / Rusiya eyni qrupda yer ala bilməz.
 
Həmçinin sərt qış iqliminə görə 10 ölkədən maksimum 2-si eyni qrupa düşə bilər. Bunlar Belarus, Estoniya, Farer adaları, Finlandiya, İslandiya, Latviya, Litva, Norveç, Rusiya və Ukraynadır.
 
İlk dəfə olaraq AVRO-2020 qitənin 12 şəhərində - Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq. Bakı Olimpiya Stadionunda A qrupunun 3 oyunu ilə yanaşı, 1/4 final matçlarından 1-i keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30