8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Etame rəsmən ”Xəzər Lənkəran”da

"Xəzər Lənkəran" Futbol Klubu heyətini kamerunlu forvardla gücləndirdi. Futbolxeber.az-ın məlumatına görə, komandayla 2 illik müqaviləyə imza atan Mbilla Etame Serj Flavier bundan sonra "ağ-yaşıl" formada çıxış edəcək.

25 yaşlı afrikalı forvard 2008-ci ildən etibarən Türkiyənin "Bank Asiya" Liqasının təmsilçisi olan "Adanaspor"un uğurları üçün çalışıb. Çıxış etdiyi ilk mövsümdə rəqib qapılarına 10 qol vurmuş Mbilla komandasının aparıcı oyunçularından birinə çevrildi. Ümumilikdə, Türkiyə təmsilçisinin heyətində 61 qola imza atmış hücumçu 2010/2011 mövsümünün yekunlarına əsasən Türkiyənin "Bank Asiya" liqasının ən yaxşı bombardiri mükafatına layiq görülüb. Maraqlıdır ki, o imza atdığı qollardan yalnız birini penaltidən vurub.

Yaxın saatlarda futbolçunun "Xəzər Lənkəran"ın oyun öncəsi məşqinə qoşulacağı gözlənilir. 


lankaranfc.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30