8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

"Neftçi"də təqdimat

"Neftçi” Futbol Akademiyasının yeni direktoru Mik Benetin təqdimat mərasimi keçirilib.
 
Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumatına görə, "Bakcell Arena”nın konfrans zalında baş tutan tədbirdə klubun prezidenti Kamran Quliyev, idman direktoru Ceyhun Sultanov, əsas komandanın baş məşqçisi Roberto Bordin, klub rəsmiləri və akademiyanın məşqçiləri iştirak ediblər.
 
Təqdimat mərasimində Mik Benet "Neftçi” Futbol Akademiyasında görüləcək işlərdən danışıb, öz futbol fəlsəfəsini məşqçilərlə bölüşüb. Faydalı işbirliyinə inandığını bildirən 55 yaşlı ingiltərəli mütəxəssis məşqçiləri maraqlandıran sualları cavablandırıb.
 
Xatırladaq ki, Mik Benetlə 1 illik müqavilə bağlanıb. O, 1979-1994-cü illər ərzində İngiltərənin "Bolton Uonderers”, "Vulverhempton Uonderers”, "Kembric Yunayted”, "Preston Nort End”, "Karlayl Yunayted” və Finlandiyanın "Koparit” klublarında oynayıb. Məşqçi kimi İngiltərənin "Bolton Uonderers” U-12 – U18 (1999-2010), "Yovil Taun”un akademiyası (2010-2011), "Uiqan Atletik” U-16 (2011-2012), "Mançester Yunayted”dən ezam olunaraq Hindistanın Mumbai şəhərindəki uşaq futbol məktəbində (2012-2014) və "Mançester Yunayted” Bakı (2014-2018) klublarında çalışıb. UEFA-nın PRO kateqoriyalı məşqçilik lisenziyasına malikdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30