8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Baqali Dabo: "Əsas rəqiblərimiz "Qarabağ” və "Qəbələ” olacaq"

"Neftçi”nin hücumçusu Baqali Dabo klubun rəsmi saytına müsahibə verib. Futbolxeber.az saytının məlumatına görə, komandanın çempionluq uğrunda mübarizə apardığını bildirən fransalı futbolçu bu yolda əsas rəqiblərininin "Qarabağ” və "Qəbələ” olacağını deyib.
 
- Baqali, "Keşlə” ilə son oyundan başlayaq. Bu qələbə haqqında nə deyə bilərsiniz?
- Belə matçlarda qalib gəlmək ikiqat vacibdir. Çünki belə çətin qələbələr komandanın ruhuna, mənəvi vəziyyətinə müsbət təsir göstərir. Ən önəmlisi üç xal idi, onu da qazana bildik.
 
- Sonuncu dəfə boş qapıya nə vaxt qol vurmusunuz?
- Sözün düzü, yadımda deyil. "Keşlə” hesabı bərabərləşdirmək istəyirdi. Son dəqiqədə qapıçıları da irəli atıldı. Mən isə Mirabdulladan ötürmə alıb qapıya zərbə endirdim. Fikrimcə, hələ belə qol vurmamışdım.
 
- Komandaya tam uyğunlaşdığınızı demək olarmı?
- Təbii. Özümü burada əla hiss edirəm.
 
- Hazırda "Neftçi”nin ən məhsuldar futbolçususuz. Mövsümün sonunda bu statusu qorumaq sizin üçün nə qədər vacibdir?
- Zərrə qədər də vacib deyil. Mənim üçün ən önəmlisi komandanın qələbələridir. O qələbələri kimin qollarının gətirməsi artıq ikinci dərəcəli məsələdir.
 
- "Zirə” ilə oyundan nə gözləyirsiz?
- Yalnız qələbə. Çempion olmaq istəyirsənsə, yalnız qələbə haqda düşünməlisən.
 
- 4 turdan sonra lider mövqeyində qərarlaşan "Neftçi” çempionluq iddiasını ortaya qoyub. Sizcə, bu mübarizədə komandanın ən böyük rəqibləri kimlər olacaq?
- Tam razıyam ki, "Neftçi” bu mövsüm ancaq ən yüksək yer uğrunda mübarizə aparır. Məncə, əsas rəqiblərimiz "Qarabağ” və "Qəbələ” olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30