7 Iyun 2024, Cümə
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da
Minifutbol millimiz 1/4 finalda
“Zirə”dən 2 transfer - RƏSMİ

Ölkə futbolu

Stamenkoviç komanda yoldaşını təriflədi

Topaz Premyer Liqasının IV turunda "Qəbələ”ni 1:0 hesabı ilə məğlub edən "Sabah”ın qapıçısı Saşa Stamenkoviç görüşlə bağlı danışıb.
 
Futbolxeber.az saytının məlumatına görə, serbiyalı kiper görüş haqda bunları deyib: "Əsas məsələ bizim əlimizə düşən fürsəti dəyərləndirməyimizdi. Meydanda kimin daha yaxşı olması önəmli deyil. Əlbəttə, ikinci hissədə "Qəbələ” daha yaxşı çıxış etdi. Lakin xüsusən də 76-cı dəqiqədə Məqsəd İsayevin qırmızı vərəqə almasından sonra komanda xarakter göstərdi və sona qədər qələbə hesabını qoruduq. Uşaqlar çox ürəklə oynadılar. "Sabah” axıra qədər əzmlə mübarizə aparacaq. Komandanın neçənci yeri tutacağını mövsümün sonunda görəcəyik”.
 
Təcrübəli qapıçı hazırda bombardirlər siyahısına başçılıq edən Marko Deviç barədə də fikirlərini bildirib: "Azərbaycan indiyədək Deviç kimi hücumçu görməyib. Burada çox yaxşı futbolçular olub. Amma bu cür kiçik komanda ilə qolları sıralayan olmayıb. "Mançester Yunayted”in skautu olsaydım, onu dərhal komandaya dəvət edərdim".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30