8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Toni Adamas: "Henrik Mxitaryan Bakıdakı görüşdə oynamalıdı"

“Arsenal”ın əfsanəvi kapitanı, “Qəbələ”nin keçmiş baş məşqçisi Toni Adams müsahibə verib. O, “Qəbələ” və “Qarabağ” haqda fikirlərini bildirib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:
 
- Hələ Azərbaycan futbolu ilə maraqlanırsınız?
- Bəlkə də cavabım sizi təəccübləndirəcək, ancaq hələ də maraqlanıram. Axı Azərbaycanda dostlarım var.
 
- Əgər Azərbaycan futbolu ilə maraqlanırsınızsa, yəqin ki, “Qəbələ”də baş məşqçinin kimliyindən xəbəriniz var...
- Sənan Qurbanov yaxşı məşqçidi. İnanıram ki, o, çempionluq uğrunda, kuboku qazanmaq gücündə olan komanda yarada biləcək.
 
- “Qəbələ” bir müddət əvvəl Avropa Liqasında ilk mərhələdəcə çıxışını dayandırdı. Bu kollektivin çempionluq uğrunda mübarizə apara biləcəyi inandırıcı deyil...
- “Qəbələ” avrokuboklar üçün gənc komandadı. Buna baxmayaraq, bu komanda çox yaxşı nəticələr qazanıb. “Qəbələ” iki dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Onlar bunu ilk təsnifat mərhələsindən ediblər. Bunu isə çox komanda edə bilmir. Onlar hazırda eniş gedir ki, bu da olduqca normal haldı.
 
- “Qarabağ” Avropa Liqasının qrup mərhələsində “Arsenal”la eyni qrupa düşdü...
- Mənim üçün bu xoşdu. İki komandanın oyununu böyük maraqla gözləyirəm.
 
- “Qarabağ” “Arsenal”dan xal ala bilər?
- “Qarabağ” Bakıdakı görüşdə yaxşı nəticə qazana bilər. Hansı nəticənin olacağını deyə bilmərəm. Amma onların buna gücü çatar. Londonda isə hər şey başqa cür olacaq. Azərbaycan çempionuna şans vermirəm.
 
- Azərbaycan və Ermənistan arasındakı münasibəti nəzərə alsaq, sizcə, Henrik Mxitaryan Bakıdakı görüşdə iştirak etməlidi?
- Bu futboldu, siyasət deyil. Ona hörmət edilməlidi. Fikrimcə, Mxitaryan Bakıdakı görüşdə meydana çıxsa daha yaxşı olar. O, bu görüşdə oynamalıdı.
 
- Bakıdakı, yoxsa Londondakı oyunu canlı izləyəcəksiz?
- Londonda işlərim olduğuna görə, Azərbaycana yollana bilməyəcəm. Ancaq Londondakı cavab oyununu izləyəcəm. Ümid edirəm ki, dostum Taleh Heydərovla görüşü izləyəcəm. O, Azərbaycan futbolu üçün çox şey edib.
 
(azerisport.com)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30