28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

"Qələbə də qazana bilərdik"

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində “Dalğa Arena”da keçirilən Azərbaycan - İsrail oyunundan (1:10 sonra yığmamızın baş məşqçisi Rəşad Sadıqovun səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
 
“Yaxşı komandaya qarşı mübarizə apardıq. Çətin qrupda yer almışıq. Komandamız bu gün daha yaxşı oyun nümayiş etdirə bilərdi. Çünki futbolçuların potensialı buna imkan verir. Mövsümün əvvəli olduğuna görə, bəzi oyunçularımız tam formada deyillər. İsrail millisinin üzvləri isə ölkəsində yüksək liqada çıxış edən klublarda forma geyinirlər. Onlar oyun təcrübəsi baxımdan bizdən daha hazırlıqlıdırlar.
 
Oyun ərzində pressinq tətbiq etməyə çalışdıq və qolu məhz bunun nəticəsində vurduq. Ancaq bunu 90 dəqiqə tətbiq etmək mümkün olmadı, çünki rəqib bizi topsuz oynamağa məcbur etdi. Oyunun gedişatında da gördük ki, rəqib topla yaxşı oynayır. Buna baxmayaraq, hesabı lehimizə dəyişmək və qələbə qazanmaq üçün şanslarımız oldu. Penaltiyə gəldikdə, məşhur futbolçular da bəzən 11 metrlik zərbəni dəqiq yerinə yetirə bilmirlər. Ümumi götürdükdə, nəticə pis deyil”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31