8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Roberto Bordin: "Uypeşt" var gücünü ortaya qoyacaq"

Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində bu gün Bakı vaxtı ilə saat 23:00-da "Ferens Susa” stadionunda keçiriləcək "Uypeşt” – "Neftçi” oyunu öncəsi "ağ-qaralar"ın" baş məşqçisi Roberto Bordin və futbolçu Emin Mahmudovun iştirakı ilə mətbuat konfransı təşkil olunub.
 
Futbolxeber.az saytının məlumatına görə, tədbirdə əvvəlcə oyun haqda fikirlərini bildirən italiyalı mütəxəssis sonra jurnalistlərin suallarını cavablandırıb:
 
"Bakıdakı kimi, burada da asan olmayacaq. Matça 3:1 hesabı ilə öndə başlayacağıq, amma bizi güclü komanda ilə çətin oyun gözləyir. Bakı ilə müqayisədə burada hava normaldır və bu, hər iki komanda üçün daha yaxşı oynamağa şərait yaranacaq. Rəqib var gücünü ortaya qoyacaq. Buna hazır olmalıyıq. İlk oyunda buraxdığımız qol bizə yaxşı mənada təsir etdi və effektli nəticə göstərdik. Ümid edirəm, uğurlu nəticəni təkrarlayacağıq”.
 
Ardından Emin Mahmudov fikirlərini açıqlayıb: "Əlbəttə, ağır oyun olacaq. Çünki rəqib fiziki baxımdan güclüdür. Biz öz oyunumuzu göstərib, uğurlu nəticə qazanmağa çalışacağıq. Matça tam köklənmişik. Nə qədər çətin olsa belə, çıxıb oyunumuzu oynayacağıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30