8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Zubir: "Çətin də olsa, bunu bacardıq"

"Çətin komandaya qarşı oynadıq. Asan oyun olmadı. Bilirdik ki, bizi gərgin mübarizə gözləyir. Növbəti mərhələyə adlamaq üçün qapımızdan qol buraxmamalı idik. Çətin də olsa, bunu bacardıq. 1-ci hissədə topa nəzarət bizdə olsa da, "Olimpiya" topa yiyələnən kimi qapımıza doğru gəlirdi. İstəyimizə çatdıq və 2-ci mərhələdəyik".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubir deyib. Ağdam təmsilçisinin 26 yaşlı futbolçusu ÇL-in I təsnifat mərhələsinin Sloveniyanın "Olimpiya" klubu ilə cavab qarşılaşmasından sonra jurnalistlərə açıqlama verib. Zubir mərhələ adladıqları görüşdə doğma meydanda ilk dəfə "Qarabağ" forması ilə meydana çıxıb. O, azarkeşlərdən və meydandakı atmosferdən danışıb: "Çox məmnun qaldım. İlk oyun xoş təssürat oyatdı məndə. Stadiondakı ab-hava məni qane etdi. Azarkeşlər bizi qələbəyə səsləyirdi. Üstəlik, müsbət nəticə də qazandıq. Atmosfer çox xoşuma gəldi. "Qarabağ"da olduğum üçün çox xoşbəxtəm".
 
"Futbola futzaldan gəlmisən. Həlledici məqamlarda qapıya zərbə endirmək əvəzinə driblinq etməyin bununla bağlıdır" sualına Abudllah Zubir belə cavab verib: "Futzaldan gəlməyimi düzgün vurğuladız. Zərbə endirmək üçün qarşın boş olmalıdır. Ən yaxşısını etməyə çalışıram".
 
"Qarabağ" II mərhələdə Albaniyanın "Kukesi" klubu ilə üz-üzə gələcək. Zubir bu oyunla bağlı fikirlərini bildirib: "Qarabağ" olaraq, hər oyuna nəticə qazanmaq üçün çıxırıq. Bu oyun da belə olacaq. Meydanda əlimizdən gələni edəcəyik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30