9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Foqts: "Azərbaycandakı klub məşqçiləri ilə münasibətlərim pisdir"

Milli komandamızın baş məşqçisi Berti Foqts vətənində yenidən ölkəmizdəki fəaliyyəti barədə danışıb. Futbolxeber.az-ın məlumatına görə, alman mütəxəssis klub məşqçiləri ilə yola getmədiyini bildirib: "Azərbaycandakı klub məşqçiləri ilə münasibətlərim pisdir. Klubda çalışan həmkarlarımla son görüşüm zamanı onlar mənə iradlarını bildirdilər. Məni alman rəhmsizliyi ilə çalışmaqda ittiham etdilər. Bu səbəbdən yığıncağı tərk etdim. İnsanlar televiziya ilə Çempionlar Liqasına baxır və orada oynamağın çətin olmadığını düşünür. Klublar uğursuz çıxış etdiyi halda, yığmada nəyəsə nail olmaq çətindi. Hazırda yalnız bir Azərbaycan klubu avrokuboklarda mübarizəni davam etdirir. Portuqaliya ilə qarşılaşmada 0:2 hesabı ilə uduzduğumuz üçün üzr istəməliyəm ki? Ümid edirəm ki, növbəti matçlarda da bundan böyük hesabla uduzmayacağıq. Gündəlik 1 saat məşq etməklə, heç nəyə nail olmaq mümkün deyil”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30