8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Sənan Qurbanov: "Hamı bizdən qələbə gözləyir"

"Qəbələ" Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində sabah "Proqres"i qəbul edəcək.
 
Futbolxeber.az saytının məlumatına görə, bu gün keçirilən mətbuat konfransında "qırmızı-qaralar"ın baş məşqçisi Sənan Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
 
 
- Baş məşqçi kimi ilk avrokubok oyununuzdur. Özünüzdə və komandada ab-hava necədi?
- Yenidən avrokubok həyəcanını yaşamaq çox sevindiricidi. Komandada ab-hava yaxşıdı. Məqsədimiz birdi: mərhələ keçmək.
 
- Cavid Hüseynovsuz komanda necə olacaq?
- Kapitanımızın olmamağı bizim üçün yaxşı hal deyil. Cavid bizim üçün önəmli futbolçudu. Amma komandamızda onun yerini dolduracaq futbolçular var. Onlara güvənirik.
 
- Yeni transferlər komandaya uyğunlaşıb?
- Lilay komandaya Bakıda qoşulub. Digərləri Sloveniyada bizə qatıldılar. Futbolçuların dediyinə görə, komandaya uyğunlaşmaqda problem yaşamayıblar. Özlərini ailəmizin bir üzvü hesab edirlər.
 
- İlk oyunda hədəfiniz nədi?
- “Qəbələ” olaraq, hər oyunda hədəfimiz qalib gəlmədkdir. Hamı bizdən qələbə gözləyir. Rəqibimiz güclüdü. Onları təhlil etmişik. Sabah layiqli oyun göstərib, azarkeşlərimizi sevindirmək istəyirik.
 
- Rəqibin üstün və zəif cəhətləri nədi?
- Rəqibin çempionat oyunlarını izləyib təhlil etmişik. Yetərincə intizamlı, sıx oynayan komandadı. Hücuma yaxşı çıxırlar. Kompakt oyun sayəsində nəticə qazanırlar.
 
- Oyun fəlsəfəniz necədir?
- “Qəbələ” iddialı klubdu, çalışacağıq bunu qoruyaq. Müdafiəni unutmadan hücum futbolu oynamaq istəyirik. Hər gün bunun üzərində çalışırıq.
 
-Yoldaşlıq oyunları göstərdi ki, "Qəbələ" son nöqtəni qoymaqda çətinlik çəkir. Bu çatışmazlığı aradan qaldıra biləcəksiz?
- Yoxlama oyunlarında futbolçulardan başqa şeylər tələb edirik. Bu oyunların bizə çox köməyi oldu. Bəli, qol imkanlarımız olurdu. Bu əsas göstərici deyil. Qol vəziyyətlərindən istifadə edəcəyik. Məncə, belə problemimiz olmayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30