9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Qurban Qurbanov: "İlk növbədə qol vurmağa çalışacağıq"

Sabah Avroliqanın III təsnifat mərhələsi çərçivəsində "Gefle" ilə qarşılaşacaq "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün oyunöncəsi mətbuat konfransı keçirib. Futbolxeber.az-ın məlumatına görə, Q.Qurbanov qələbə qazanmağa çalışacaqlarını bildirib: "Rəqib son vaxtlar öz oyun üslubunu qurub. Baxmayaraq ki, bir neçə həftə bundan qabaq çempionatda uğurlu çıxış etməyiblər. Ancaq son oyunlarda onların necə komanda olduğunu gördük. “Gefle” bir neçə sistemdə oynaya bilir. Bildiyimiz hər 3 oyun üslubundan istifadə etməyi bacarırlar. Həm səfərdə, həm də öz meydanlarında yaxşı çıxış edirlər. Biz də onların oyun sisteminə uyğun hazırlaşmışıq. Ancaq rəqiblə oyuna çıxmamış onları yaxşı tanıya bilmərik. Onu bilirik ki, qol vurmağı bacaran komandadır. Çox ucaboy futbolçuları olduğu üçün ehtiyatlı olmalıyıq. İlk oyunda azarkeşlərimizin önündə qələbə qazanmağa çalışacağıq".

Təcrübəli mütəxəssis heyətdəki itkilərdən də söz açıb: "Heyətimizdə problem də var. Vüqar Nadirov zədə səbəbindən oynamayacaq. Reynaldo və Maksim də zədəlidir. Buna baxmayaraq yaxşı nəticə qazanmağa çalışağıq. Əsasən qol buraxmamağa çalışacağıq. Ancaq ilk növbədə qol vurmağa çalışacağıq".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30