9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Şəhriyar Əliyev: "Bu haqda qərarı klubun həkimi verəcək"

"Ayağımdakı gips gələn həftənin birinci günü açılacaq. Əvvəl demişdilər ki, ayın 29-u açılacaq. Amma sonra həkimlər bildirdilər ki, ayağım daha bir həftə gipsdə qalmalıdır". Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri "Bakı"nın müdafiəçisi Şəhriyar Əliyev deyib.

Gənc müdafiəçi hazırda özünü yaxşı hiss etdiyini bildirib: "Heç bir problem yoxdu. İndi də gipsimi aça bilərdilər. Amma bu halda gələcəkdə problemlə üzləşə bilərdim. Bu səbəbdən də həkimlər ayağımın daha 1 həftə gipsdə qalmasını istədilər".

Ş.Əliyev "Məşqlərə nə vaxt başlayacaqsan" sualını belə cavablandırıb: "Gips açılandan sonra əvvəlcə müəyyən müddət trenajor zalında çalışacağam. Meydana nə vaxt çıxacağım hələ bəlli deyil. Bu haqda qərarı klubun həkimi verəcək. Meydana qayıtmağım daha çox zədəmin bərpasından asılıdır".

Avstriya toplanışından kənarda qalan Şəhriyar artıq "Bakı"nın yeni baş məşqçisi Milinko Pantiçlə tanış olduğunu bildirib: "Pantiçlə hələlik bir dəfə görüşmüşük. Zədəm haqda, məşqlərə nə vaxt başlayacağımla maraqlandı. Hələ ki onun məşqlərini izləməmişəm".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30