29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

"Qarabağ" italiyalı qapıçı gətirir?

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” klubu qapıçı axtarışlarını davam etdirir. 
 
Futbolxeber.az saytının məlumatına görə, İbrahim Sehiç və Anton Kanibolotskini heyətdə saxlaya bilməyən Ağdam təmsilçisi hazırda “Verona”nın qapıçısı Nikolya Andradenin keçidini həll etməyə çalışır. 
 
Ancaq bu keçidin baş tutacağı real görünmür. Azərbaycan çempionu 30 yaşlı braziliyalı qapıçıya görə 300 min avro ödəməyə hazır olsa da, transfer reallaşmaya bilər.  Belə ki, “Verona” qapıçısını satmağa hazırdır. Amma İtaliya klubu qolkiperin gələcək satışından qazanmaq niyyətindədir. Bu təklif isə “Qarabağ”ı razı salmır. 
 
“Verona” “Qarabağ”dan qapıçının gələcək satışından 50 faiz gəlir tələb edir. Danışıqların hansı məcrada davam edəcəyi yaxın günlərdə bəlli olacaq. Dəqiq olan odur ki, “Qarabağ” gələn həftə heyətinə yeni qapıçı əlavə edəcək. 
 
Braziliyalı qolkiper 2010-cu ildən “Verona”da çıxış edir. Ölkəsinin “Atletiko Mineyro” klubunun yetirməsi karyerası ərzində “Vila Nova”, “Tombense”, “Anapolina”, “Virtus Lansiano” və “Trapani” kimi komandalarda çıxış edib.   



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31