9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

"Neftçi"də qala bilərdim, ancaq indi mənə daima oynamaq lazımdı"

Ötən mövsümü “Səbail”də keçirən Fəhmin Muradbəyli “Neftçi”yə qayıdar-qayıtmaz yenidən icarəyə verildi. Futbolxeber.az saytının məlumatına görə, forvard yeni mövsüm üçün də “Səbail”də oynamaq qərarına gəldi. Saytımıza açıqlama verən Muradbəyli icarəyə yollanmasına bu cür açıqlama gətirib: “Düzdü, “Neftçi”də qala da bilərdim. Sadəcə olaraq mən indi daha çox oynamaq istəyirəm. Yəni mənə daima oynamaq daha önəmlidi. Elə buna görə də “Səbail”ə yollandım. Düzdü, tək təklifim “Səbail”dən deyildi, başqa komandalardan da təkliflər almışdım. Amma mən sonda qərarımı “Səbail”dən yana verdim”.

“Komandamızın yeni baş məşqçisi Aftandil Hacıyev də mənə yad məşqçi deyil. Onunla yığma komandada birlikdə çalışmışıq. Aftandil müəllimlə çalışmaq da mənim üçün təcrübə olacaq. İnşallah yaxşı nəticələr qazanarıq” – deyə, Muradbəyli fikirlərini yekunlaşdırıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30