11 Iyun 2024, Çərşənbə axşamı
"Qarabağ"dan qapıçı transferi
"Zirə" Çantakiasla vidalaşdı
"Cəbrayıl" I Liqaya yaxınlaşdı
“Zirə”də üç yeni müqavilə - RƏSMİ

Ölkə futbolu

İqor Tarasovs: “Azərbaycana qarşı oynamaq çox çətin idi”

Iki gün öncə Latviya ilə qarşılaşan millimiz inamlı qələbə qazanmağı bacardı (3:0). Rəqib düşərgədə çıxış edən futbolçulardan İqor Tarasovs Azərbaycan futbolu üçün yad biri deyil. Gənc yaşlarında "Simurq" forması geyinmiş müdafiəçi hazırda Latviya millisinin aparıcı üzvüdü. Futbolxeber.az saytına müsahibə verən Tarasovs Azərbaycan millisinin Millətlər Liqasında uğurlu çıxış edə biləcək gücdə olduğunu bildirib:

- Azərbaycanla yoxlama görüşü keçirdiniz və meydanı məğlub tərk etdiniz. Matçı necə dəyərləndirərdin?

- Matç planlaşdırdığımız kimi alınmadı. Elə ilk dəqiqələrdən bizdə heç nə alınmadı. Azərbaycana qarşı oynamaq çox çətin idi.

- Hesab necə, özünüz üçün gözlənilməz oldu?

- Hesab daha böyük ola bilərdi. Ancaq bizim də qol vurmaq üçün bir neçə imkanımız oldu. Ilk yarıdakı qol epizodlarından yararlansaydıq, hesab başqa cür də ola bilərdi.

- Azərbaycan yığmasının oyunu barədə hansı fikirdəsən?

- Azərbaycan texnikalı komandadı. Onlar matçın gedişində də bizi səhv etməyə məcbur edirdilər. Üstümüzə böyük pressinqlə gələndə biz səhv edirdik.

- Matçdan sonra baş məşqçi sizə çox əsəbləşmişdi?

- Oyundan sonra paltardəyişmə otağında kişi söhbəti oldu. Məşqçilərlə oyunumuzu müzakirə etdik və bir daha Azərbaycana qarşı oynadığımız kimi oynamamalı olduğumuzu bildirdik. Özü də azarkeşlərimiz qarşısında bu cür oynamamalıyıq. Azərbaycanla görüşdə hər epizodda gecikirdik. Rəqib daha aqressiv və cəld idi.

- Oyun bitdikdən sonra Azərbaycan millisindən kiminləsə heç söhbətin oldu, yoxsa rəqibin heyətindən  tanıdığın yox idi?

- Oyundan öncə Dmitri Kramarenko ilə söhbətləşdik. Onunla birlikdə "Simurq"da oynamışdıq. Onunla görüşmək və söhbət edib keçmişi qısa da olsa xatırlamaq xoş idi.

- Azərbaycan millisindən ən çox bəyəndiyin kim oldu?

- Bütün komanda mənimc  xoşuma gəldi. Futbolçuların topla hərəkəti, komanda olaraq eyni anda hərəkət etmələrini çox bəyəndim. Azərbaycan millisinin bütün futbolçularına afərin.

- Azərbaycan millisi Millətlər Liqasında Kosova, Farer adaları və Malta ilə eyni qrupda yer alıb. Necə düşünürsən, Azərbaycan qrupda lider ola bilər?

- Məncə, Azərbaycan qrupdan çıxmaq üçün bütün şanslara sahibdi. Bəlkə də daha böyük uğurlar qazana biləcək gücdədilər. Azərbaycan çox yaxşı komandadı, istədiyi nəticələri qazana bilər.   

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30