10 Iyun 2024, Bazar ertəsi
"Cəbrayıl" I Liqaya yaxınlaşdı
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də

Ölkə futbolu

Rəşad Sadıqov: “Mənim üçün nəticə ikinci planda idi”

"Maraqlı oyun alındı. Komandaların ifasında yardıcı futbolun şahidi olduq. Hər iki tərəf topa nəzarət etmək istəyirdi. Nəticə yaxşıdır. Heyətimizdə çoxlu gənc futbolçular var. Qazaxıstanla bizim hədəflərimiz fərqlidir. Onlar qrupda 2-ci yer uğrunda mübarizə aparırlar. Biz isə komandanı yeniləmək istəyirik".

Futbolxeber.az saytının "sports.kz"a istinadən verdiyi məlumata görə, bu sözləri Qazaxıstanın 21 yaşadək futbolçularından ibarət yığması ilə yoldaşlıq oyunundan (1:1) sonra keçirilən mətbuat konfransında U-21 millimizin baş məşqçisi Rəşad Sadıqov deyib.

Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan gənc mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Sizcə, hakimin penalti qərarı nə dərəcədə doğru idi?

- Nəyisə detalları ilə şərh edə bilmərəm. Görmək istədiyimizi meydanda tətbiq edə bildik. Oyundan razıyam. Mənim üçün nəticə ikinci planda idi.

- Qazaxıstan millisi sizdə hansı təəssüratları oyatdı?

- Yaxşı komandanız var. Sizə azarkeşlik edəcəyik. Qazaxıstanda futbolun inkişafı məndə yaxşı təəssüratlar oyatdı. "Astana"nın uğurları da bunu sübut edir. Düşünürəm ki, düzgün yoldasınız.

- "Astana"nın yeni baş məşqçisi Roman Qriqorçuk haqda nə bilirsiniz?

- Maraqlı insan və yaxşı məşqçidir. Onunla mübarizə aparmaq maraqlı idi. Qriqorçuka uğurlar arzu edirəm.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30