8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

"Qəbələ": İngiltərədəki uğurun təkrarı

Avstriyada təlim-məşq toplanışını başa vuran “Qəbələ” hazırlıqlarını uğurlu seriya ilə tamamladı. Futbolxeber.az-ın məlumatına görə, bu ölkədəki hər 3 yoxlama oyununda qələbə qazanan “qırmızı-qaralar” yay hazırlığını uğurla sona çatdırdı. Beynəlxalq oyunlardakı 3 oyunluq qələbə seriyası əldə edən komanda Türkiyənin “Gənclərbirliyi” klubunu 3:1, Macarıstan “Zalaeqerseq”ini 3:0 məğlub etdikdən sonra Sloveniya təmsilçisi “Smartno”dan da güclü oldu - 2:1.

Beynəlxalq yoxlama oyunlarındakı belə seriya “Qəbələ” üçün rekord sayılır. Belə ki, ilk belə matçına 2006-cı ildə çıxan komanda öz tarixində bundan çox qələbəni sıralamayıb. İndiki nəticə 2011-ci ilin yayında əldə olunan uğurlu seriyanın təkrarıdır. 2 il əvvəl komanda İngiltərə toplanışının sonunda ardıcıl 3 matçda qalib gəlmişdi. Yerli klublardan “Sent Albans”ı 3:2, “Hayes Yeading”i 2:1 yenən “qırmızı-qaralar” “Luton Taun”u da 3:2 hesabı ilə üstələmişdi. Bundan sonrakı toplanışda - 2012-ci ilin qışında da “Qəbələ”nin uğurlu seriyası var. Lakin həmin vaxt əldə olunan ardıcıl 2 qələbədən sonrakı matçda komanda yalnız penaltilər seriyasında rəqibindən üstün olub.

Qeyd edək ki, tarixi ərzində 53 beynəlxalq yoxlama oyunu keçirən “Qəbələ” 23 qələbə qazanıb, 10 heç-heçə edib və 20 dəfə uduzub. Bu qarşılaşmalarda 81 top vuran komanda 62-ni buraxıb.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30