8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Premyer Liqanın bombardiri - Baqali Dabo

"Qəbələ"nin futbolçusu Baqali Dabo Topaz Premyer Liqasında 2017/2018 mövsümünün ən yaxşı bombardiri olub.

Futbolxeber.az saytının məlumatına görə, o, cari mövsüm 13 qol vurub. Bu gün keçirilən 28-ci turun “Qəbələ” - “Qarabağ” oyunundan (0:1) sonra təşkil olunan mükafatlandırma mərasimində fransalı hücumçuya ən yaxşı bombardir titulu təqdim olunub. O, “Qəbələ”nin tarixində bu uğura imza atan 2-ci futbolçudur. Ötən mövsümdə 11 qol vuran Filip Ozobiç də bombardir adını qazanmışdı.

Xatırladaq ki, “Səbail” (5-ci tur), “Kəpəz” (11-ci tur) və “Səbail”lə (13-cü tur) matçlarda iki qol vuran Dabo “Neftçi” (6-cı tur), “Neftçi” (12-ci tur), “Keşlə” (14-cü tur), “Zirə” (16-cı tur), “Səbail” (17-ci tur), “Keşlə” (20-ci tur) və “Sumqayıt”la (27-ci tur) qarşılaşmaların hərəsində 1 dəfə fərqlənib.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30