8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Əfran İsmayılov: "Qurban Qurbanov dedi ki, sənə inamım azalıb"

Əfran İsmayılov “Qarabağ”dan getməsinin səbəbini açıqlayıb.

Futbolxeber.az saytının oxu.az-a istinadən verdiyi məlumata görə, 30 yaşlı yarımmüdafiəçi Ağdam klubu ilə yollarını ayırmasını bu cür izah edib:

“Son vaxtlar az oynayırdım. Müqaviləm də bu ay başa çatır. Gələcək karyeramı bilmək və mənimlə yeni müqavilə bağlanılıb-bağlanılmayacağını aydınlaşdırmaq üçün baş məşqçimiz Qurban Qurbanovla söhbət etdim. Mənə dedi ki, sənə qarşı inam azalıb. Bunu anlayışla qəbul etdim və kluba sonrakı fəaliyyətində uğurlar arzu etdim”.

Əfran İsmayılov onu da bildirib ki, mümkün qədər karyerasını ölkə xaricində davam etdirməyə çalışacaq: “Klubdakı karyeramı indi müəyyənləşdirməyim yerinə düşdü. Çünki artıq özümə klub tapmaq üçün kifayət qədər vaxtım olacaq. Çalışacağam ki, ilk növbədə ölkə xaricindən gələn təklifləri dəyərləndirim”.

Qeyd edək ki, Əfran “Qarabağ”dan ayrılması dəqiqləşmiş üçüncü futbolçudur. Klub rəsmi şəkildə braziliyalı Pedro Enrike ilə vidalaşdığını bəyan edib.

Komandanın baş məşqçisi Qurban Qurbanov isə digər braziliyalı Riçard Almeydanın ölkə xaricində çıxış edəcəyini bildirib.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30