8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

“Qəbələ” və Dabodan rekord

Topaz Premyer Liqasının XXVII turunda “Sumqayıt”la qarşılaşan “Qəbələ” mövsümdə son səfər matçını keçirib.

Futbolxeber.az saytının məlumatına görə, “Qırmızı-qaralar” rəqib meydanında 2:0 hesabı ilə qalib gəlib. Bu oyunda vurulan iki qolla komandamız özünün səfərdəki məhsuldarlıq rekordunu təkrarlayıb.

Belə ki, “Qəbələ” cari mövsüm rəqib meydanında keçirdiyi 14 görüşdə 23 dəfə qapılara yol tapıb. Bu, 12-ci mövsümdür yüksək dəstədə çıxış edən “qırmızı-qaralar”ın ən yüksək göstəricisinin təkrarıdır.

“Qəbələ” futbolçuları 2014/15 mövsümündə də rəqib meydanlarında rekord sayda - 23 qol vurmuşdu. Lakin həmin rekordun qeydə alındığı vaxt səfərdə 16 oyun keçirən “Qəbələ” bu dəfə daha az -14 qarşılaşmada fərqlənib.

Sumqayıtdakı görüşdə hesabı açan Baqali Dabo isə “Qəbələ”nin tarixinə mütləq rekordla düşüb. O, çempionatın bir mövsümündə ən çox qol vuran futbolçu olub. Qol hesabını 13-ə çatdıran hücumçu 2013/14 mövsümündə rəqib qapılarına 12 dəfə yol tapan Daniel Subotiçin rekordunu arxada qoyub.

13 qolla hazırda Topaz Premyer Liqasının bombardiri olan Dabo Azərbaycan çempionatlarındakı qollarının sayını 20-yə çatdırıb. O, ötən mövsümdə 7 dəfə fərqlənmişdi. Cavid Hüseynov isə Premyer Liqada 14-cü dəfə “Qəbələ” azarkeşlərinə qol sevinci yaşadıb.

“Qəbələ”yə qələbə qazandıran qolların müəlliflərindən Baqali ümumilikdə 27-ci, Cavid isə 19-cu dəfə “qırmızı-qara” formada fərqlənib. Yalnız Viktor Mendi (33) və Dododan (30) geri qalan fransalı bombardirlər siyahısında 3-cüdür. İlk “üçlük”dən başqa, Filip Ozobiç (25) və Rövşən Əhmədovdan da (20) geri qalan 6-cı yerdə qərarlaşan Daniel Subotiçə çatıb.

“Sumqayıt”la matç Dabo üçün daha bir yubileylə əlamətdar olub. O, “Qəbələ”nin heyətində  60-cı oyununu keçirib. O, bu göstəricidə klub tarixinin 29-cusudur.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30