9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Böyük işlər görmək üçün daha çox çalışmalıyıq"

“Bu gün turnirin ən güclü və ən məhsuldar komandalarından biri ilə qarşılaşdıq. Qələbəyə bərabər heç-heçə etdik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Vüqar Məmməd 2000-ci il təvəllüdlü futbolçular arasında Slovakiyada təşkil olunmuş beynəlxalq turnirdə Slokaviya ilə qolsuz bərabərə qaldıqları oyundan sonra deyib.

"Turnir çox sıx qrafik üzrə keçirilir. Ancaq belə bir vəziyyətdə dayanmadan çalışan futbolçularıma və hər bir mütəxəssisə təşəkkür edirəm. Bununla belə, böyük işlər görmək üçün daha çox çalışmalıyıq. Artıq Amerika Birləşmiş Ştatları yığması ilə oyuna hazırlaşmalıyıq” - deyə o bildirib.

Qeyd edək ki, yığmamız qrupda 2-ci yeri tutub. Turnirin əsasnaməsinə uyğun olaraq, qrup qalibləri finalda, 2-ci pillənin tutan komandalar isə 3-cü yer uğrunda oyunda mübarizə aparmalıdır. Yığmamız sabah keçiriləcək 3-cü yer uğrunda oyunda digər qrupun 2-cisi olan Amerika Birləşmiş Ştatları komandası ilə qarşılaşacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30