9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Qriqorçuk: “Qol imkanlarından istifadə yaxşı səviyyədə idi”

Topaz Premyer Liqasının XXV turunun “Qəbələ” - “Kəpəz” oyunundan (3:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, ukraynalı mütəxəssis böyükhesablı qələbəni belə şərh edib:

“Bu matçda hər şey normal alındı. Biz qalib gəldik. Bəlkə kiməsə elə göründü ki, hər şey asanlıqla oldu. Mən belə deməzdim. Ona görə qalib gəldik ki, biz çox düzgün oynadıq və qol imkanlarından istifadə yaxşı səviyyədə idi. Düzdür, matçın sonlarında elə imkanlar yaratdıq ki, onlardan da yararlana bilərdik.

İki hissənin fərqli alınması motivasiya ilə bağlı deyil. Biz hər görüşdə qalib gəlib, xal qazanmaq istəyirik. Futbolçular da oyunlarda inkişaf etməli, təkmilləşməlidir. İkinci hissədə qol imkanlarından istifadə ilk yarıdakı ilə müqayisədə aşağı idi.

Mayın 28-də keçiriləcək Azərbaycan kubokunun finalının ertəsi gün millinin yoxlama matçı olması ilə bağlı heç kimlə müzakirə aparmamışıq. Final haqda düşünürük. Biz ən yaxşı hazır olan bütün futbolçuları meydana buraxacağıq. Aydın məsələdir ki, bizim üçün vacib olan finalda iştirak edənlər ertəsi gün yoxlama oyununda meydana çıxa bilməyəcək.

Yoldaşlıq görüşündə digər futbolçuları sınamaq imkanı olacaq. Amma bunlar mənim ehtimallarımdır. Şəxsi mövqeyim belədir ki, icarədə olan futbolçularımız bizə qarşı oynamamalıdır. Bu fikrim rəqibin turnir cədvəlindəki mövqeyindən asılı olmayaraq belədir. Lakin hər hansı oyunçu barədə müəyyən razılaşma varsa, mən buna qarşı da deyiləm”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30