29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Adams: "Ürəyimdəki problem məni "Qəbələ"dən ayırdı" -

“Qəbələ”nin sabiq baş məşqçisi və idman direktoru Toni Adams Azərbaycandakı karyerasını xatırlayıb.

Futbolxeber.az saytının məlumatına görə, Britaniya mətbuatına danışan ingiltərəli mütəxəssis söhbətə “Qəbələ”ylə yollarının necə kəsişməsindən başlayıb:

“Özümü ölkə xaricində sınamaq istəyirdim. Bu arzum məni Londonda “Qəbələ”nin prezidenti Tale Heydərovla qarşılaşdırdı. Onun futbola baxışı məni heyran etdi. T. Heydarovla söhbətimiz isə Azərbaycana getmək üçün mənə ilham verdi. Mənə keçmiş sovet ölkələri arasında ən yaxşı akademiya açmaq istədiklərini bildirdi. Onun üçün liqanı qazanmaq ən axırıncı iş idi. Əsas istəyi akademiyadan istedadlı futbolçuların çıxması idi. Məhz həmin oyunçularla çempion olmaq istəyirdi”.

2010-cu ildə “Qəbələ”yə baş məşqçi təyin olunan Adams 18 aydan sonra istefa verməsinin səbəbini açıqlayıb: “2010-cu ildə təyinatım rəsmiləşdi və ilk dəfə baş məşqçi oldum. Ancaq təxminən 18 aydan sonra klub prezidentinə yaxınlaşıb dedim ki, bu iş mənim vaxtımı aparır, komandanın səviyyəsi o qədər yüksək deyil. Həmin vaxt ailəm Bakıda yaşayırdı, mən isə Qəbələdə çalışırdım. Bu isə əlavə çətinlik yaradırdı. Bundan sonra idman direktoru təyin olundum və 3 il bu vəzifədə qaldım. Açığı, titul qazanmamış “Qəbələ”dən ayrılmaq istəmirdim. Sadəcə, ürəyimdəki problem məni getməyə məcbur etdi” (qol.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31