9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Samir Əliyev: “Qara siyahı” üçün hələ tezdi”

“Səbail”in baş məşqçisi Samir Əliyev “Zirə” ilə yoxlama oyunundan sonra Futbolxeber.az saytının suallarını cavablandırıb: 

- 1:3 hesabı ilə məğlub olduğunuz oyun haqda nə deyə bilərsiz?

- Adi yoxlama oyunu idi. Çempionatda az oynayanlara şans verdik ki, özlərini göstərsinlər. Həm praktika qazansınlar, həm də hazırkı durumları ilə tanış olaq. Eləcə də əvəzedici heyətdən bir neçə oyunçu dəvət etmişdik əsas komandaya. Bildiyiniz kimi, 5 futbolçumuz müxtəlif millilərə cəlb olunublar. Buna görə də məşqlərdə bir qədər çətinlik çəkirdik. Amma futbolçuların hamısı qayıdandan sonra tam heyətlə “Neftçi” ilə oyuna hazırlaşacağıq.

- Bu gün meydanda komandanızın ifasında görmək istədiklərinizi görə bildiniz?

- Meydançanın durumu ideal deyildi. Bəzi oyunçular özlərini yaxşı tərəfdən göstərdilər. Gələcəkdə onların komandaya fayda verəcəklərini düşünürəm.

- Bəs “qara siyahı”ya düşən oldu?

- “Qara siyahı” üçün hələ tezdi. Qarşıda 8 tur var. Amma yayda komandada dəyişikliklər olacaq.

- Köklü şəkildə?

- Yox, köklü deyil, amma dəyişikliklər olacaq.

- Demək olar ki, Samir Əliyevin növbəti mövsümdə də “Səbail”də qalacağı dəqiqləşib?

- İnşallah, görək də. Qismət olsa, qalacağam. Amma dediyim kimi, qarşıda hələ 8 tur var.

- Artıq indidən növbəti mövsümün planlarını cızırsız deyə soruşdum...

- Bəlkə 8 turun heç birində udmadıq və rəhbərliyin fikri dəyişdi və başqa məşqçi gətirdilər. Ya da rəhbərliyin fikri dəyişdi, çempionluq uğrunda mübarizə aparmaq üçün daha səviyyəli məşqçi gətirdilər. Hər şey mümkündür.

- Komandanızın üzvü Fəhmin Muradbəylinin U-21-in heyətində Kosovoya qarşı çıxışını necə dəyərləndirərdiz?

- Millidə başqa taktiki sxemlə oynayırdı. Amma vacib olan odur ki, hərəkətli idi, mübarizə aparırdı.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30