29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

AFFA-dan hakimi söyən futbolçuya 4 oyunluq cəza

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolxeber.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 19-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb.
 
“Ağsu” – “Zaqatala” matçının 54-cü dəqiqəsində “Ağsu”nun futbolçusu Nurlan İsbəndiyarov rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klub 160 manat cərimə olunub. Oyunun 69-cu dəqiqəsində “Zaqatala”nın futbolçusu Haqverdi Həsənov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
 
“Turan Tovuz” – “Şüvəlan” matçının 90+4-cü dəqiqəsində “Şüvəlan”ın futbolçusu Mirkamil Həşimi hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 320 manat cərimə olunub.
 
“Sabah” – “Binə” matçının 90+2-ci dəqiqəsində “Binə”nin futbolçusu Məqsum Qəmbərli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub.
 
“Xəzər” – “Mil-Muğan” matçının 80-cı dəqiqəsində “Mil-Muğan”ın futbolçusu Anar Babazadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klubu 160 manat cərimə olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31