8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Sabiq "Qalatasaray"lı "Simurq"da

2013/14 mövsümünə hazırlıqları Avstriyada davam etdirən "Simurq" transfer çalışmalarınıda sürdürməkdədir. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, dünəndən komandanın düşərgəsinə daha üç futbolçu qoşulub. Bunlar müdafiəçi İsmayıl Bouzit, yarımmüdafiəçi Raul Kostin və hücumçu Jose Emilio Furtadodur.

Artıq komandayla bir məşqədə çıxmış əlcəzairli İsmayıl Bouzit karyerası ərzində "Qalatasaray"ında formasını geyinib. 30 yaşlı mərkəz müdafiəçisi 2007/08 mövsümündə İstanbul təmsilçisinin heyətində 10 görüşdə meydana çıxıb. Həmçinin o, ölkəsinin milli komandasınında üzvüdür. 

Rumıniyalı yarımmüdafiəçi Raul Kostin isə 2009-cü ildən ölkəsinin "Vasluy" klubunda forma geyinir. Portuqalıyalı Josenin isə son klubu Yunanıstanın "AEK" klubu olub. 

Hazırda baxışda olan bu futbolçular haqqında son qərarı isə məşqçilər korpusu verəcək.

Qeyd edək ki, baxışda olan braziliyalı Eudi Silva və müdafiəçi Dario Dakoviç isə artıq düşərgədən ayrılıb. Onlar məşqçilər korpusunun qərarı əsasında geri göndərilib.   




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30