9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Lider yenə uduzdu, son çempion autsayderə məğlub oldu

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 18-ci turun oyunları keçirilib. Futbolxeber.az xəbər verir ki, hesabat turunun bütün görüşləri eyni gündə, eyni saatda baş tutub.
 
Qış fasiləsindən sonrakı oyunlarında ardıcıl məğlubiyyətlərlə üzləşən lider “Qaradağ Lökbatan” bu dəfə səfərdə “Ağsu”ya uduzub.
 
Son çempion “Turan Tovuz” isə doğma meydanda autsayder “Zaqatala”ya məğlub olub.
 
“Mil-Muğan” – “Sabah”, MOİK – “Binə” və “Xəzər” - “Şüvəlan” görüşlərində isə heç-heçə qeydə alınıb.
 
Birinci Divizion
18-ci tur
14 mart (çərşənbə)
 
“Mil-Muğan” – “Sabah” 1:1
Qol: Elxan Məmmədov, 58 – Raul Yaqubzadə, 6.
Hakimlər: Vüqar Həsənli, Yaşar Abbasov, Cəmil Quliyev, Nicat İsmayıllı.
Heydər Əliyev adına İmişli şəhər stadionu.
 
MOİK – “Binə” 1:1
Qol: Bahadur Həziyev, 88 – Renat Aşurov, 76.
Hakimlər: Rəşad Əhmədov, İsgəndər Əliyev, Vüsal Qənbərov, Anar Göyçayski.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
 
“Ağsu” – “Qaradağ Lökbatan” 1:0
Qol: Ramil Əliyev, 89.
Hakimlər: Ziya Nəsirov, Murad Kərimov, Azər Əsgərov, Emin Nağıbəyov.
Ağsu şəhər stadionu.
 
“Turan Tovuz” – “Zaqatala” 0:1
Qol: Nicat Muxtarov, 6.
Hakimlər: Nail Nağıyev, Habil Əliyev, Elşad Abdullayev, Samir Hüseynov.
Tovuz şəhər stadionu.
 
“Xəzər” - “Şüvəlan” 0:0
Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Cavanşir Yusifov, Rövşən Rəcəbov.
Bakı. “İnter Arena”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30