9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

BOS Azərbaycan-Belarus matçında yenilik tətbiq edəcək

Futbol üzrə Azərbaycan və Belarus milli komandaları arasındakı yoldaşlıq matçı zamanı ailəli azarkeşlər üçün xüsusi sektor yaradılacaq. 
 
Futbolxeber.az saytının məlumatına əgörə, bu barədə “Report”a Bakı Olimpiya Stadionunun İctimaiyyətlə əlaqələr və media departamentinin rəhbəri Cəmilə Mehdiyeva açıqlama verib. 
 
Onun sözlərinə görə, həmin sektorda yalnız ailəli azarkeşlər əyləşəcəklər: “Hazırda fəal surətlə çalışırıq. Martın 23-də futbol üzrə Azərbaycan və Belarus milli komandaları arasında yoldaşlıq matçı olacaq. Biz qərara gəldik ki, xanımlar və uşaqlar üçün stadiona gəlməməyə hansısa bir səbəb olmasın. Bu oyun üçün ailə sektoru yaradırıq. Bu sektorda yalnız ailəli azarkeşlər əyləşəcək. Atalar və analar futbola baxarkən uşaqlar əylənəcəklər. Onlar üçün xüsusi yer olacaq. Həmin oyunda peşəkar dayələr fəaliyyət göstərəcək. Dayələr oyundan bir saat əvvəl və yarım saat sonra uşaqlara baxacaq". 
 
Qeyd edək ki, Azərbaycan - Belarus matçı saat 20:00-da başlanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30