10 Iyun 2024, Bazar ertəsi
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu

Ölkə futbolu

Zaur Axundov: “1-2 tura “Keşlə” tam hazır vəziyyətə gələcək”

"Ağır oyun oldu. Təbii ki, əsas olanı nəticə idi. Komandanı təbrik edirəm. Yaxşı, əzmkar oyun sərgilədilər. "Neftçi" ilə növbəti oyuna hazırlaşacağıq".
 
Futbolxeber.az saytının məlumatına görə, bunu "Keşlə"nin prezidenti Zaur Axundov səfərdə "Zirə"ni 2:1 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XVIII tur matçından sonra deyib.
 
Axundov jurnalistlərin digər suallarını da cavablandırıb...
 
- Hələlik komandanız evdə yox, səfərdə qələbələr qazanır...
 
- Bizə 3 xal lazım idi. Bunu da qazandıq. Təbii ki, bu məqam da böyük amildir. Ümidvaram ki, növbəti oyunlarda doğma meydanda da azarkeşlərimizi sevindirəcəyik.
 
- Komandanızın çıxışı sizi razı salırmı və oyundan-oyuna artım hiss edirsiniz?
 
- Oyundan-oyuna artım var. Düzdür, orta xətdə boşluqlar da nəzərə çarpır. Lakin futbolçularımız tədricən artırırlar. Düşünürəm ki, 1-2 tura komandamız tam hazır vəziyyətə çatacaq.
 
- Mətbuatda yeni transferlərdən narazı olduğunuz və buna görə baş məşqçi Yuri Maksimova irad bildirdiyiniz yazılmışdı. Belə bir hal həqiqətən də olub?
 
- Xeyr, belə bir şey yoxdur. Bu xəbəri yazan sayt mənim üçün sıfırdır, boşluqdur. Ona heç fikir də vermirəm. 2-3 gün əvvəl yazmışdılar ki, Yuri Maksimov gedib. Halbuki Maksimov həmin vaxt məşqdə idi. Komandamız oyununu davam etdirir. Təkcə Maksimov deyil, seleksiya üzrə məşqçilərin də birgə məsləhətləşmələri ilə transferlər həyata keçirilib. Zaur Axundov transfer etmir. Transferlərə baş məşqçi və köməkçiləri cavabdehdirlər. Mən "O gəlsin, bu getsin" kimi məsələlərə qarışmıram.
 
- Bu heyətlə Azərbaycan Kubokunu qazanmaq realdır?
 
- Futbolda hər şey ola bilər. Amma komandamız hələlik potensialının 50 faizini oynayır. Yaxşı haldır ki, kubok oyunumuzadək hələ var. Məncə, məşqçilər heyətimizin səyləri nəticəsində "Keşlə" pik nöqtəyə çatacaq. Təki zədələrimiz olmasın. Qarşıda hələ çempionat oyunlarımız var. Oynamalı və nəticə göstərməliyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30