9 Iyun 2024, Bazar günü
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu

Ölkə futbolu

Ceyhun Sultanov "Neftçi"də

"Neftçi”də yeni təyinat olub. Futbolxeber.az xəbər verir ki, Ceyhun Sultanov klubun idman direktoru vəzifəsinə təyin edilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
1997/98 mövsümündə "Neftçi”nin şərəfini qorumuş və 23 oyunda 6 qola imza atmış Ceyhun Sultanov "Fərid” (1996-1997), "Dinamo” (1998-2001), "Maşinsazi” (Təbriz, 2003-2004), "Bakı” (2004-2007), "Xəzər Lənkəran” (2007-2010), "Kəpəz” (2010-2012), "Sumqayıt” (2012), "Qəbələ” (2013) klublarında da çıxış edib. O, Azərbaycan çempionatının (2006) və kubokunun (2005, 2008) qalibidir. U-21 yığmamızın kapitanı olmuş Sultanov 1998-2007-ci illərdə Azərbaycan milli komandasının heyətində 16 oyun keçirib, 1 qol vurub.
 
38 yaşlı mütəxəssis "Bakı”da seleksiyaçı məşqçi (2013-2014), "Sumqayıt”da baş menecer (2014-2018) vəzifələrini yerinə yetirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30