Ölkə futbolu
“Kluba ləkə yaxmaqla Tovuz futbolunu gözdən salmaq istəyirlər”
Premyer Liqaya vəsiqə qazana bilməyən “Turan Tovuz” cari mövsümün ikinci yarısının hazırlıqlarını doğma rayonda davam etdirir.
Futbolxeber.az saytının məlumatına görə, Tovuz klubunun Müşahidə Şurasının sədri Oqtay Abdullayev açıqlamasında bu mövsümdə də medallar uğrunda mübarizə apardıqlarını bildirib:
“Ötən mövsüm azarkeşlərimizin də böyük dəstəyi ilə çempionluğu bayram etdik. Bununla yanaşı, klubun inkişafı üçün xeyli işlər gördük. Demək olar ki, uşaq futbol məktəbi yenidən quruldu. Bir çox gənc, istedadlı futbolçumuz başqa komandalara verilmişmişdi. Çətinliklərə baxmayaraq, komandaları toparlaya bildik. Çempion heyətimizdən 3 nəfər Premyer Liqaya, 4 nəfər isə ölkə xaricinə yollandı. Cari mövsümə isə hazırlığı gec başladıq. Futbolçu tapmaqda da çətinlik çəkirdik. Bakıda komandaların çox olması və büdcələrinin bizdən üstün olması səbəbindən futbolçular o komandalara getməyi üstün tuturlar. Əksər komandalar hazırlığa mövsümün startına 2 ay qalmış başlasalar da, biz 10 gün qalmış məşqlərə başlaya bildik. Komandanı formalaşdırdıq. Bütün çətinliklərə baxmayaraq, yuxarı yerlər uğrunda mübarizəmizi davam etdiririk. 5-ci pillədə qərarlaşsaq da, 2-i yerlə aramızda cəmi 3 xal fərq var. Məqsədimiz mövsümü medalla bitirməkdir. Lisenziyalaşma prosesində bütün sənədlərimiz qaydasındadır. Yeganə problemimiz maliyyə ilə bağlıdır. Heç bir yerdən maddi dəstəyimiz yoxdur. Bu məsələni həll edə bilsək ümid edirəm Premyer Liqaya da yüksələ bilərik”.
Oqtay Abdullayev mətbuatda yayılan danışımış oyunlarla bağlı iddialara da aydınlıq gətirdi: “İlk öncə onu deyim ki, biz onlarla, yüzlərlə yox minlərlə azarkeş önündə oynayırıq. Azərbaycan futbolunun beşiyidir Tovuz. Burada 7-dən 70-ə hər kəs futbolu çox yaxşı bilir. Tovuzlu azarkeşləri aldatmaq mümkün deyil. Onlar da bu söz-söhbətin “Turan Tovuz”a heç bir aidiyyatının olmadığını çox yaxşı dərk edirlər. Onları da bu qarayaxma kampaniyası çox narahat edir. Kluba ləkə yaxmaqla Tovuz futbolunu gözdən salmaq istəyirlər. Mən yeni gələndə söz-söhbət yayıldı ki, Oqtay Abdullayev pul yeyir, klubu talan edir. Hamının məlumudur ki, bizi AFFA maliyyələşdirir. Kənardan heç bir dəstəyimiz yoxdur. Hər ay AFFA tərəfindən maliyyə yoxlamaları aparılır, xərclədiyimiz hər qəpiyin hesabatını veririk. Bir qəpik belə yeyinti olmadığı sübüt edildi. Maliyyə məsələsində heç bir bəhanə tapa bilməyənlər indi də oyun alqı-satqısı söhbətini ortaya atırlar. Hansı klub rəsmi şəkildə AFFA-dan oyunlarının araşdırılmasını tələb edib? AFFA-dan da bizimlə bağlı heç bir şübhələrinin olmadığını bildirdilər. Lakin mən AFFA-ya rəsmi şəkildə müraciət edərək bu söz-söhbətlərə son qoyulması üçün oyunlarımızın araşdırılmasını xahiş etmişəm. Oyun alıb satan bunu edər? Danışılmış oyunlar futbolun bəlasıdır. Ona gedən ləyaqətsiz adamdır. Biz hətta ötən mövsüm çempion olduqda da komandanın bütün oyunlarını diqqər mərkəzində saxlayırdıq. AFFA ilə birlikdə komandamızı tam araşdırırdır, hər hansı neqativ halın yaşanmaması üçün çalışırıq. Hansı ki, bunları klubumuza ləkə yaxmaq istəyənlər heç bilmirlər.
Məni narahat edən məsələ Tovuz futboluna, klubumuza ləkə yaxılmasıdır. AFFA-dan başqa heç bir maddi köməyimiz olmadığı halda, kasad büdcə ilə Tovuz futbolunun inkişafı üçün əziyyət çəkirik. Bu şaiyələri yayanları da yaxşı tanıyırıq. Belələri futbolun beşiyi olan Tovuza zərbə vurmaq istəyirlər. Belə qərəzli şaiyələr yaymaqla bizi klubdan uzaqlaşdırmaq istəyirlərsə, ortaya sübüt qoysunlar. Biz Azərbaycan futboluna, Tovuz futboluna xidmət edirik. İşimizlə bunu sübut ediririk.
Belə qarayaxma kampaniyası uşaq futboluna da valideynlərə də azarkeşlərə də pis təsir edir, hövsələdən çıxarır. On minlərlə azarkeşimiz də bu şaiyələrdən narahatdır. Fərziyyə ilə, şər atmaqla olmur. Əgər sübut varsa, qoysunlar ortaya”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
- Mövsümün bəxtsizi - “Səbail”
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib
-
10:24
"Roma"nın məğlubiyyəti VİDEO
-
10:13
Azərbaycan cüdoçuları Avropa Kubokunu beş medalla başa vurublar
-
09:57
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:49
Elvin Cəfərquliyev: “Çempionluq asan əldə olunmur”
-
09:30
Əyyub Allaş "Qəbələ" ilə vidalaşdı
-
23:45
2023/2024 mövsümünün mükafatlandırma mərasimi VİDEO
-
22:34
"Araz-Naxçıvan" - "Qarabağ" matçında 4 qol VİDEO
-
22:16
“Hamı bu anı səbirsizliklə gözləyir”
-
21:57
Elmar Baxşıyev: “Mən təzyiqləri "Qəbələ"də də hiss etmişəm”
-
21:24
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vuruldu
-
21:08
Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu
-
20:12
Ayxan Abbasov: “Bakıda 5-6 meydança var, onları da sökürlər”